Çənə sümüyünə yerləşdirilən titanium dişkökü
Diş implantı — itirilmiş dişin kökünü əvəz edən titanium vidadır. Cərrahi əməliyyatla çənə sümüyünə yerləşdirilən bu vida, zamanla sümüklə tam birləşir (osseointеqrasiya) və üzərinə zirkon və ya keramik kron bərkidilir.
Nəticə etibarı ilə əldə edilən protez, natural dişdən fərqləndirilməsi mümkün olmayan görünüş və tam çeynəmə qabiliyyəti təmin edir. Körpü protezlər kimi qonşu dişlərin işlənməsini tələb etmir, hərəkətli protezlər kimi isə sabahlanmaz və narahat etməz.
Kimə implant lazımdır?
- Bir və ya bir neçə diş itirən şəxslər
- Hərəkətli protezə uyğunlaşa bilməyənlər
- Qonşu sağlam dişləri işlətmək istəməyənlər
- Çənə sümüyü atrofiyasının qarşısını almaq istəyənlər
- Tam diş itirilməsi (bütün dişlər üzərində All-on-4/6 implant)